Aktrisa kimi məşhurlaşmaq üçün kastinqlərə qatılan Dilarə Əliyevaya münsiflər ciddi tapşırıq verirlər.AZXEBER.COM-un məlumatına görə, o bu dəfə qorxulu səhnələri lentə almalı və münsiflərin rəğbətini qazanmalıdır. Bunun üçün aktrisa onunla bir evdə yaşayan bacılarını və qonşularını qorxutmaq üçün dondan-dona girir. Bütün bu hadisələr hər həftənin çərşənbə axşamı, cümə günləri saat 21:30-da Space-də yayımlanan “Üç bacı” serialının martın 28 və 29-da efirə gedəcək seriyalarında baş verəcək. Bacılardan ortancılı - Səadət obrazını canlandıran Dilarə Əliyeva bu dəfə tamaşaçıları öz görkəmi ilə təəccübləndirəcək.