Aktrisanın həyat yoldaşı özünə məzar yeri hazırlatdı - FOTO

MAQAZİN
15:25 11.10.2024
391
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalın paylaşımı birmənalı qarşılanmayıb.
 
AZXEBER.COM xəbər verir ki, o, sağ ikən özünə məzar hazırladaraq görüntülərini sosial media hesabında yayımlayıb.
 
O, paylaşımına bu sözləri əlavə edib:
 
"Bura mənim bu dünyada tam əminliklə "mənim yerim" deyə biləcəyim qəbrimdir. Özümə ölüm arzulamıram, amma ölümü hər an xatırlamaq qorxmağa və dünya malına bağlanmamağa kömək edir. Çox az adamlardan biriyəm ki, mənim yerim artıq hazırdır, həm də gözəlimin yanında. İnşallah tezliklə görüşəcəyik".
 
Aysel

 



 

OXŞAR XƏBƏRLƏR