Aktyor Elçin Həmidovun ölümünün əsl səbəbi açıqlandı – YENİLƏNİB

MARAQLI
19:46 06.03.2011
2344

"Elçin yaxın dostum idi, tez-tez telfonla danışardıq. Onun səhhəti ilə bağlı problemləri vardı - Elçin yuksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkirdi. Hətta qastrollar zamanı onda hipertonik kriz olurdu. Onu hər dəfə xilas edə biliridik, amma bu dəfə Elçinin yanında kimsə olmadı. Elçin tək yaşayırdı və ona həmişə deyirdim ki, evlənsin, ailəsi olsun, ona dar ayaqda həyan duran olsun.  Amma... Onun ölümündə irsi amil həlledici rolu oynadı. Elçin ata və anasını erkən itirmişdi. Onun valideynləri heç 50 yaşa qədər yaşamadılar. İki qardaşı və bacısı ilə də eyni faciə oldju. Hafiz 34, Eldar - 52, Leyla isə 42 yaşında dünyasını dəyişdi", - Ə.Əlizadə Trend-ə bildirib.

Onun sözlərinə görə, Elçin Həmidovun son rolu Musiqili Komediya Teatrının səhnəsində Nikolay Qoqolun əsəri əsasında "Evlənmə" tamaşasındakı Yaiçnitsa obrazı idi.


OXŞAR XƏBƏRLƏR