Aktyor həyat yoldaşını güllələdi - FOTO

DÜNYA
13:06 21.05.2014
2971
Arvadının ölümündə şübhəli bilinən amerikalı aktyor Maykl Ceys həbs edilib.
ANS PRESS-in məlumatına görə, "Qalxan" filmi ilə populyarlaşan aktyor həyat yoldaşı Eyprili güllələyərək qətlə yetirib.
Törətdiyi cinayət barədə Makl özü polisə xəbər verib. 48 yaşlı aktyor 911 xidmətinə zəng vuraraq, operatora həyat yoldaşını güllələdiyini bildirib.
Hadisə yerinə gələn polislər 40 yaşlı qadının cəsədini evin girişində aşkarlayıblar. Hadisə yerində həmçinin aktyora məxsus olduğu ehtimal edilən tapança tapılıb.
Qətlin səbəbləri hələ məlum deyil.
OXŞAR XƏBƏRLƏR