Məşhur aktyor Nofəl Şahlaroğlunun "youtube" kanalı bağlanıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda o özü məlumat verib.
Filologiya elmləri üzrə fəlsəfə doktoru olan aktyor bildirib ki, ona vurulan bu zərbədən heç də narahat deyil:
"Mənim kanalım oğurlandı, kim etdisə Allah xeyrini versin. Amma mən bundan narahat deyiləm. Bu məni daha da düşünməyə, öz üzərimdə daha çox işləməyə vadar etdi. Bu həftə inşallah daha maraqlı və faydalı yeni bir kanalım açılacaq.
Burada əsas bizim fikrimiz, mənəviyyatımız, niyyətimiz önəmlidir. Pislik etmək, əvəz çıxmaq çox asanddır, amma bu aciz insanların işidir. Kanalı kimin götürdüyünü, hətta kimə satdığını da bilirəm. Amma, ən böyük haqq Allahdır. Mən onları Allaha həvalə etmişəm".
Xatırladaq ki, Filologiya elmləri üzrə fəlsəfə doktoru, aktyor, ssenarist olan Nofəl Şahlaroğlu "youtube" kanalında Azərbaycan dilinin doğru yazılışı, sözlərin düzgün tələffüzü ilə bağlı tənqidi və maarrifləndirici videolar yayımlayırdı.
Aysel









































