"Akula Akif" İspaniyada həbs edildi

"Akula Akif"  İspaniyada həbs edildi
SOSİAL
17:32 28.10.2016
7035

 

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı "Akula Akif" ləqəbli Akif Mustafayev həbs edilib. 

Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq Akif Mustafayev İspaniya polisi tərəfindən ələ keçirilib.

Qeyd edək ki, A.Mustafayev oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə, oradan da İspaniyaya getmişdi.

/// haqqın.az
OXŞAR XƏBƏRLƏR