ABŞ-də 46 yaşlı kişi yırtıcı köpəkbalığının hücumuna məruz qaldıqdan sonra çimərliklər bağlanıb.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, hadisə Cənubi Kaliforniya sahillərində baş verib.
Belə ki, qolu və əlindən dişlənən şəxs xəstəxanaya çatdırılıb.
Hücum çimərlikdən təxminən 100 metr aralıda olub.
Köpəkbalığının dəhşətini yaşayan şəxs yaxınlıqdakı digər vətəndaşların köməkliyi ilə sahilə çıxarılıb.
Qeyd edək ki, ABŞ dünyada köpəkbalığı hücumuna görə birinci yerdədir.
Bu ölkədən sonra Avstraliya 4-ü ölümlə nəticələnən 15 hücumla ikinci, Yeni Kaledoniya isə biri ölümlə nəticələnən 3 hücumla üçüncü yerdədir.
Mikayıl