"Al Jazeera": Qəzzada gün ərzində azı 46 nəfər həlak olub

"Al Jazeera": Qəzzada gün ərzində azı 46 nəfər həlak olub
DÜNYA
20:08 07.09.2025
257
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində səhər saatlarından etibarən 46 nəfər həlak olub.

Bu barədə "Al Jazeera" mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, onlardan 44 nəfəri Qəzza zolağının şimalında öldürülüb.

Qeyd edək ki, İsrail ordusu Qəzzada HƏMAS tərəfindən istifadə olunan hündür mərtəbəli binalara hava zərbələri endirməyə davam edir.
OXŞAR XƏBƏRLƏR