AL Market əməkdaşlarının peşəkar inkişafına və müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlik daha bir mühüm addım atıb.
AZXEBER.COM xəbər verir ki, şirkət, əməkdaşların bilik və bacarıqlarını artırmaq, karyera inkişaflarına dəstək olmaq məqsədilə Pərakəndə İnkişaf Mərkəzini qurub.
Pərakəndə İnkişaf Mərkəzinin məqsədi böyüməkdə olan AL Market mağazalar şəbəkəsində xidmət keyfiyyətini artırmaq və bu xidmət keyfiyyətini təmin edəcək ixtisaslı kadrların yetişdirilməsini təmin etməkdir.
Yeni mərkəzdə həm texniki bilikləri gücləndirəcək təlimlər, həm də mövcud iş bacarıqlarının təkmilləşdirlməsi üçün inkişaf proqramları həyata keçiriləcək.
Bu təşəbbüsün əsas məqsədi – sürətlə böyüyən AL Market mağazalar şəbəkəsində xidmət keyfiyyətini artırmaq və bu keyfiyyəti təmin edəcək ixtisaslı kadrların hazırlanmasıdır.
AL Market yalnız müştərilərinə məhsul təqdim edən pərakəndə satış şəbəkəsi deyil, eyni zamanda 5000-dən çox əməkdaşa sahib böyük bir komanda olaraq onların peşəkar inkişafına da önəm verir.
Şirkət əməkdaşlarının davamlı şəkildə öyrənməsi və inkişaf etməsi üçün zəruri imkanlar yaratmağı özünün əsas strateji hədəflərindən biri kimi görür.