Xəbər veridiyimiz kimi, 83 yaşlı Hollivud ulduzu Al Paçino 29 yaşlı sevgilisi Nur Alfallahdan iyun ayında ayrılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli aktyorun 4-cü övladını dünyaya gətirən sevgilisinə ödəyəcəyi aliment məlum olub. Aktyor 29 yaşlı keçmiş sevgilisinə hər ay təxminən 30 min dollar ödəyəcək.
Qeyd edək ki, cütlük körpənin doğulmasından 3 ay sonra ayrılıb. Aktyorun əvvəlki münasibətlərindən üç övladı var.
Gülay