Alanyada möhtəşəm Azərbaycan gecəsi keçirilib - Fotolar

Alanyada möhtəşəm Azərbaycan gecəsi keçirilib - Fotolar
SOSİAL
14:19 06.10.2016
1714
Türkiyənin Alanya şəhərində artıq on üçüncü dəfədir ki, Beynəlxalq Caz festivalı keçirilir.
 
Əsrarəngiz təbiəti ilə göz oxşayan bölgə bənzərsiz tarixi abidələri ilə də məşhurdur. Bir qayda olaraq ənənəvi caz festivalınin səhnəsi Qızıl Qüllənin qarşısında qurulur. İndiyə dək bu səhnədə dünyanın müxtəlif ölkələ¬rindən gələn məşhur musiqiçilər öz məharətini dəfələrlə nümayiş etdirmişlər. Adətən çoxsaylı tamaşaçalar arasında təkcə alanyalılar deyil, həm də şəhə¬rin qonaqları olur.
 
Bu dəfə də dili,irqi, dini fərqli yüzlərlə insanı Aralıq dənizi sahillərində bir araya gətirən egazkar musiqi oldu. Bayramı dörd gün davam etdi. Alanya bələdiyyəsinin təkilat¬çılığı ilə keçirilən Festivalın qapanış gecəsi isə ilk dəfə olaraq bütünlüklə Azərbaycana həsr edil¬mişdi. Festival çərçivəsində Alanya bələdiyyəsi və Azad Azərbaycan (ATV) televiziyasının təşkilatçılığı ilə düzənlənən Azərbaycan günü gecəsi dövlət müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuşdu. Tədbirə millət vəkilləri, tanınmış ziyalılar, azərbaycan diasporunun nümayəndələri də dəvət almışdı. Ekranda nümayiş etdirilən video filmə maraqla izləyən qonaq¬lar demək olar ki, Azərbaycana qiyabi səfər etdilər.
 
Ölkəmizin təbiəti, xalqımızın milli-mənəvi sərvəti, dünəni, bugünü ilə tanış oldular. Son illərdə bir çox mühim beynalxalq tədbirlərin ünvanına çevrilən paytaxtımızın ye¬niləşən siması müstəqillik dövründə qazanılan uğurların parlaq göstəricisidir.
 
ATV kanalında hazırlanan videogötüntülərin nüma¬yişindən sonra Alanya bələdiyyə başqanı Adəm Murat Yücel millət vəkilləri Nizami Cəfərovu, Qənirə Paşayevanı, Musa Qasımlını və ATV kanalının Bədii Şurasının sədri, tanınmış telejurnalist Etibar Babayevi səhnəyə dəvət etdi. Bakı səfərinin xoş təəssüratları ilə bölüşən Başqan dostluq əlaqələrinin möh¬kəmlənməsində iqtisadi bağlılıqlarla yanaşı, mədəni-kütləvi tədbirlərin, şəxsi dostluq münasibət¬lərinin müstəsna əhə¬miyyətini də xüsusi vurğuladı. Adəm Yücel eyni zamanda Azərbaycan-Türkiyə Parla¬ment¬lər arası əlaqələr üzrə işçi qrupun üzvləri olan millət vəkillərinə, eləcə də öz efində "bir millət, iki dövlət” fəlsəfəsini daim diqqət mərkəzində saxlayan ATV kanalına dərin minnət¬dar¬lığını bil¬dirdi. Azərbaycan nümayəndə heyətini üzvləri Festival çərçivəsində ayrıca Azərbaycan gününün keçirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönü¬münün birlikdə anılması təşəbbüsünə görə təşkilatçılara dərin təşəkkür ifadə edərkən bunun həm də hamıya bir mesaj olduğunu da diqqətə çatdırdı. Millət vəkilli Qənirə Paşayeva dedi: Türkiyənin gücü gücümüz, sevinci sevincimiz, kədəri kədərimiz olduğu kimi, Azərbaycanın da gücü sizin gücünüz, sevinci sevinciniz, kədəri kədərinizdir.
 
Gənc nəsillərin də bu ruhda yetişməsi üçün daha da çox çalışmaq isə bizim nəslin tarixi missiyasıdır. Festivalın yekun konsertində gənc bəstəkar və ifaçı Etibar Əsədlinin rəhbər¬lik etdiyi "Baku procekt” qrupunun öz milli koloriti ilə fərqlənən caz musiqisi böyük maraqla qarşılandı. Gənc müğənni Samirə Əfəndiyeva isə hər dəfə səhnəni sürəkli alqışlar sədası altında tərk etdi. Gecədə klassik caz nümunələrinin yüksək peşəkarlıqla səslənməsi də musiqi¬sevərlərin diqqətin¬dən yayınmadı. İki saat sürən rəngarəng konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşatdı. Azərbaycan nümayəndə heyətinin işgüzar görüşləri isə Alanyada daha iki gün davam etdi.
 
 
 
 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR