Albaniyada 4.1 bal gücündə zəlzələ baş verdi

Albaniyada 4.1 bal gücündə zəlzələ baş verdi
DÜNYA
23:40 28.02.2023
179
Çərşənbə axşamı Albaniyada 4.1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Məlumata görə, zəlzələnin episentri təxminən 100 min nəfər əhalisi olan Elbasan şəhərindən 25 km aralıda yerləşib. Ocaq iki kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR