Albaniyalı müxalifətçi deputat Ervin Salianjinin bir il müddətinə azadlıqdan məhrum edilməsi paytaxt Tirananı ayağa qaldırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yüzlərlə insan küçələrə çıxaraq polislə toqquşub.
Molotof və tüstü bombası atan nümayişçilərlə polis arasında dava düşüb, hadisələrdə 10 iştirakçı həbs edilib.
Yüzlərlə polisin iştirak etdiyi nümayiş zamanı bəzi yollar nəqliyyata bağlanıb.