Aldığı evdən 18 il sonra çıxarılır? - TƏFƏRRÜAT - VİDEO

Aldığı evdən 18 il sonra çıxarılır? - TƏFƏRRÜAT - VİDEO
SOSİAL
23:33 30.01.2026
1205
Kirayə qaldığı məhəllədən ev alan vətəndaş illər sonra mənzilindən çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, belə bir iddia ilə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sumqayıt şosesi, döngə 1 ünvanında yaşayan Mirismayıl İbrahimov "Xəzər Xəbər"ə müraciət edib.

Mirismayıl İbrahimov bildirib ki, 2009-cu ildə 18 min manat ödəyərək qonşusundan ev alıb. Fərdi yaşayış evinin kommunal xərclərini ödəyib və sənədlər də məhz Mirismayıl İbrahimovun adına rəsmiləşdirlib. Hətta 18 il ərzində həyətyanı sahəsində də otaqların sayını artırıb.

18 min manatı birdəfəlik yox, aylara bölərək tam ödədiyini iddia edən Mirismayıl İbrahimov deyir ki, evi alandan sonra mənzili ona satan Tofiq Məmmədhəsənovdan qalan 3500 manat elektrik enerjisi borcunu da ödəyib.

İndi Mirismayıl İbrahimovu məhkəməyə verən Tofiq Məmmədhəsənov tələb edir ki, ailə evi boşaltsın. İddialarla bağlı qarşı tərəfin də mövqeyini öyrəndik: "Biz ona etibarnamə vermişik. İllərdir burda yaşayır, pulun vermədiyinə görə çıxarıram. Üstəlik, torpağı da zəbt edib və  otaqlar tikib. Biz razılaşmışdıq ki, o mənə 30 min manat pul verməlidir, ödəmədiyinə görə çıxarıram".
Binəqədi Rayon Məhkəməsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Appelyasiya Məhkəməsinin qərarına əsasən borclular İbrahimov Mirismayıl və onun  ailə üzvləri evdən çıxarılmalıdır. Məhkəmə tərəflərə qarşılıqlı razılaşma üçün vaxt verib. Razılığa gələ bilmədikləri üçün iddiaçı yenidən məhkəməyə müraciət edib və qərarın icrasını tələb edib. Məhkəmə qərarının icrası bu il fevral ayının 11-dək Mirismayıl İbrahimovun ailə vəziyyəti nəzərə alınaraq uzadılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO