Aleks de Souza "Antalyaspor"la müqavilə imzalayıb

İDMAN
18:13 30.05.2024
193
Türkiyə Super Liqa komandalarından "Antalyaspor" yeni baş məşqçisi Aleks de Souza ilə müqavilə imzalama mərasimi təşkil edib.

Aleks tədbirdə texniki heyəti haqqında məlumat verib.

"Semih Şentürk bizim məşqçi komandamızda olmayacaq. Braziliyadan 2 köməkçi məşqçi gətirəcəm. Bundan əlavə, Mehmet Aurelio texniki komandamızda olacaq.

Rəqiblərlə ciddi mübarizə apara bilən, balanslı, azarkeşləri stadiona gətirəcək komanda yaratmaq istəyirəm. Sistemlə bağlı danışmaq hələ tezdir. Təbii ki, ağlımda nəsə var", - deyə o bildirib.
 
///Apasport

OXŞAR XƏBƏRLƏR