"Fənərbaxça" ilə yollarını ayıran Aleks de Souzanın karyerasını vətəni - Braziliyada davam etdirəcəyi iddia olunur.
Qol.Az-ın "Fox Sports"a istinadən verdiyi məlumata görə, 36 yaşlı futbolçuya "Santos" klubu "elçi" düşüb.
"Santos"un baş məşqçisi Muriku Ramalho komandasının Aleks kimi bir futbolçuya ehtiyacı olduğunu bildirib: "Aleks möhtəşəm futbolçudur. O, futbolu ağlı ilə oynayan və topu istədiyi yerə göndərə bilən oyunçudur. Belə bir futbolçuya ehtiyacımız var və inanıram ki, Aleks bizim gücümüzə güc qatacaq".
Qeyd edək ki, 2004-cü ildən "Fənərbaxça"nın şərəfini qoruyan Aleks bir neçə gün öncə komandası ilə müqaviləsini ləğv edərək klubdan ayrılmışdı.