Aleksandar Vuçiç 2026-cı ilin sentyabrında və ya daha əvvəl Azərbaycana səfər edəcək. AZXEBER.COM xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. O qeyd edib ki, sentyabrda Serbiya-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək. Vuçiç vurğulayıb ki, Azərbaycan isə, öz növbəsində, Serbiyada keçiriləcək "EXPO 2027"də iştirakını təsdiqləyib.