Aleksandr Lukaşenko and içərək 6-cı dəfə prezident kimi fəaliyyətə başladı

DÜNYA
12:51 23.09.2020
371
Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.

Bu barədə məlumatı "Belta” yayıb.

Hazırda Müstəqillik Sarayında Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilir.

Mərasimə bir neçə yüz insan dəvət olunub. Onların arasında yüksək vəzifəli məmurlar, parlament üzvləri, dövlət orqanlarının təmsilçiləri, ictimai təşkilatların, KİV-lərin rəhbərləri, idman, mədəniyyət və elm adamları var.

Belarus Respublikası Konstitusiyasına müvafiq olaraq, prezident aşağıdakı məzmunda and içdikdən sonra vəzifəsinin icrasına başlayır: "Belarus Respublikası prezidentinin vəzifəsini qəbul edərək, Belarus Respublikası xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağıma və hörmət edəcəyimə, Belarus Respublikası Konstitusiyasına riayət və onu müdafiə edəcəyimə və mənə həvalə olunan yüksək vəzifələri vicdanla yerinə yetirəcəyimə and içirəm”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına müraciət edərək xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:28 30.10.2020

"Bir azərbaycanlı xanım olaraq Sənin üçün əlimdən gələni etməyə hazıram" - VİDEO

23:11 30.10.2020

Bakcell Bərdə sakinlərinə dəstək göstərib

22:56 30.10.2020

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

22:39 30.10.2020

Baş prokuror Kamran Əliyev “Haber Global”da ermənilərin mülki əhalimizə qarşı cinayətlərindən danışıb - VİDEO

22:20 30.10.2020

Kamran Əliyev: “Ermənilərin bizim mülki əhaliyə hücumları Ordumuzun uğurları ilə əlaqədardır”

22:18 30.10.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 438-ə çatıb

21:54 30.10.2020

Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

21:48 30.10.2020

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

21:36 30.10.2020

Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

21:27 30.10.2020

Cəbrayıldan yeni - Fotolar

21:19 30.10.2020

Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

20:59 30.10.2020

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

20:51 30.10.2020

Koronavirusa yoluxan Koçaryanın Moskva səfəri alınmadı

20:46 30.10.2020

Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

20:27 30.10.2020

Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

20:22 30.10.2020

Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO