Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

SİYASƏT
22:33 15.05.2024
252
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Aleksandr Lukaşenkonu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR