Aleksandr Proxanov: İlham Əliyevlə görüşəndə ürəyim rəğbət hissi ilə dolur

Aleksandr Proxanov: İlham Əliyevlə görüşəndə ürəyim rəğbət hissi ilə dolur
SİYASƏT
18:51 24.12.2019
3240
Azərbaycan və Rusiya prezidentləri arasında etimad səviyyəsi görünməmiş dərəcədə yüksəkdir.

Bunu Media.Az-a müsahibəsində rusiyalı yazıçı, Rusiya Federasiyasının siyasi və ictimai xadimi, İzborsk klubunun sədri və qurucularından biri, "Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov deyib.

Qeyd edək ki, Vladimir Putin İlham Əliyevi ad günü münasibətilə iki dəfə təbrik edib: həm teleqramla, həm də telefonla.

"Hesab edirəm ki, prezidentlərimiz arasında əla münasibətlər qurulub, bir-birinə rəğbət hissi bəsləyirlər. İkisində də onları birləşdirən bir şey var. Görürəm ki, bir-biri ilə görüşəndə necə sevinirlər.

Liderlərimizin hakimiyyət kateqoriyasının qiymətləndirməsi və gələcək inkişaf anlayışı ilə əlaqədar oxşar fikirləri var. Müasir Rusiya və Azərbaycan gənc dövlətlərdir. Yola 1991-ci ildə başlamışıq və bu baxımdan, ölkələrimiz həmyaşıddırlar”, - Aleksandr Proxanov qeyd edib.

"Bizi bir çox şeylər birləşdirir. O cümlədən, hakimiyyətin tipi – "demokratik mərkəzçilik”. Bundan əlavə, Rusiya və Azərbaycan çətin geostrateji vəziyyətdədirlər. Onlar tarazlıq yaratmalı olurlar. Ancaq həm Vladimir Putin, həm də İlham Əliyev idarəetmə bacarığına sahibdirlər”, - deyə həmsöhbətimiz bildirib.

Aleksandr Proxanovun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin ən çətin şəraitində, neftin qiymətindəki vəziyyətdə İlham Əliyev özünü ən yaxşı tərəfdən göstərir:

"Və bu oxşarlıq iki prezidenti yaxınlaşdırır”.

"Rusiya ilə Azərbaycan arasında, məsələn, silah tədarükü ilə bağlı bir çox müqavilə bağlanıb. Bunlar iki prezidentin böyük geostrateji və psixoloji yaxınlığına dəlalət edən incə razılaşmalardır. Ancaq ümumiyyətlə, öz-özümə mühakimə yürüdürəm: Prezidentinizlə görüşəndə ürəyim rəğbət hissi ilə dolur, onun fikir və mühakimələrinə qulaq asmaqdan məmnunluq duyuram.

İlham Əliyevlə son üzbəüz görüşüm Valday forumu zamanı baş tutub. Azərbaycan Prezidenti strateji dostumuz, yaxın adamımızdır və mən İlham Əliyevi Azərbaycan dövlətinin inkişafı münasibətilə təbrik edirəm”, - deyə Aleksandr Proxanov fikirlərini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
12:23 13.10.2026
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
12:20 13.10.2026
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
12:11 13.10.2026
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
12:00 13.10.2026
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
11:48 13.10.2026
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
 İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
11:39 13.10.2026
İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
11:38 13.10.2026
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"