Aleksandr Sıtin: “Kimin nə danışmasından asılı olmayaraq, Rusiya Ermənistanı dəstəkləyəcək”

Aleksandr Sıtin: “Kimin nə danışmasından asılı olmayaraq, Rusiya Ermənistanı dəstəkləyəcək”
SİYASƏT
13:04 09.04.2021
533

Qarabağda Rusiyaya məxsus "İskəndər M” raketlərinin hissələrinin tapıldığının (və bu Ermənistana satılan "E” ixrac versiyası deyil) məlum olmasından bir həftədən çox vaxt keçib. Ancaq Rusiya informasiya məkanında bu barədə demək olar ki, danışılmır. Digər tərəfdən, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri (hansı ki, nəticədə hökuməti hansı siyasi qüvvənin quracağı və müvafiq olaraq kimin baş nazir olacağı bilinəcək) fəal şəkildə müzakirə olunur.

Rusiyalı politoloq və publisist, tarix elmləri doktoru, Şimali və Şərqi Avropanın Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Sıtin Caliber.Az-a verdiyi müsahibədə Rusiyada "İskəndər M” qalıqlarının tapılması mövzusu barədə susulduğunu təsdiqləyib:

- Rusiyada bu barədə ümumiyyətlə heç nə danışılmır. Ancaq sizi təəccübləndirən nədir? Rusiyanın KTMT-yə üzv olan Ermənistanı dəstəklədiyini ilk dəfə eşidirsiniz? Keçən ilin payızında, müharibənin ilk günündən Rusiyanın bu və ya digər şəkildə İrəvanın tərəfində olacağı barədə danışmışdım, yazmışdım. Elə belə də oldu.

- Nişanından aydın olur ki, söhbət Rusiya ordusunun silahlanmasında olan raketlərdən gedir. Hər hansı beynəlxalq qalmaqal mümkündür?

- Vəziyyət birmənalı deyil. Güclü beynəlxalq reaksiya üçün səy göstərmək tələb olunur. Bir NATO üzvü və Azərbaycanın müttəfiqi olaraq Türkiyə də bu məsələdə kömək edə bilər, lakin Ankaranın Qərblə, ilk növbədə ABŞ ilə ciddi problemləri var. Rusiyada isə daha əvvəl də söylədiyim kimi, bu mövzu barədə susulur və belə də davam edəcək.

- Bu arada, Rusiya mediasında region məsələləri, xüsusən də Ermənistandakı seçkilər çox aktiv müzakirə olunur. Robert Koçaryan teleaparıcı Vladimir Poznerə müsahibə verib, Rusiya prezidenti Vladimir Putinlə söhbət edib, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya lideri ilə görüşmək üçün Moskvaya yollanıb. Bütün bunlar əsasən Koçaryanın lehinə bir üstünlüklə yaxşı işıqlandırılır. Rusiyanın məhz ona ümid bəslədiyini söyləmək mümkündürmü?

- Mən hər zaman Moskvanın Nikol Paşinyanı daha loyal biri ilə əvəzləmək istədiyinə əmin olmuşam. Bu insan məhz Robert Koçaryan olacaq? Bilmirəm. Ancaq erməni siyasətçilər ruspərəstlik yarışında özlərini sınadılar. Bəlkə də Robert Koçaryan başqalarını qabaqlayaraq Kremlə müəyyən zəmanətlər verib.

- Ermənistanda Rusiyaya daha loyal biri hakimiyyətə gəlsə, Moskvanın hərbi dəstəyi daha da əhəmiyyətli olacaqmı?

- Əlbəttə. Ancaq hər vəziyyətdə, kimin nə danışmasından asılı olmayaraq, Rusiya Ermənistanı dəstəkləyəcək. Rusiyanın informasiya məkanında ermənilərin tutduğu mövqeləri nəzərə alsaq, başqa bir şey gözləmək qəribə olardı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib