Alen Delonun övladlarının miras qalmaqalı alovlanıb

Alen Delonun övladlarının miras qalmaqalı alovlanıb
MAQAZİN
14:19 03.09.2025
214
Mərhum aktyor Alen Delonun ailəsində miras uğrunda mübarizə daha da alovlanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, aktyorun kiçik oğlu Alen-Fabien atasının vəsiyyətnaməsinin etibarsız sayılmasını və ona yenidən baxılmasını tələb edərək məhkəməyə müraciət edib.

Onun fikrincə, atası dəqiq düşünə bilmədiyindən 50 milyonluq mirası qeyri-bərabər şəkildə paylayıb.
 
Qeyd edək ki, miras bölgüsündə aktyorun qızı Anuşka atasının müəlliflik hüququ da daxil olmaqla 50%, onun oğullarının isə hər biri mirasın yalnız 25%-ni ala biliblər.
 
Aysel
OXŞAR XƏBƏRLƏR