Alen Simonyan: Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır

Alen Simonyan: Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır
DÜNYA
14:14 24.03.2026
241
Ermənistanın heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

"Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiaları olmamalıdır. Biz regionda elə münasibətlər qurmalıyıq ki, heç bir ölkə digərinə hücum etmək barədə düşünməsin. Regionumuzda sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik", - o vurğulayıb.

Spiker əlavə edib ki, Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi yalnız ölkənin maraqları ilə şərtlənir:

"Mən Ermənistanın maraqları barədə düşünürəm. Ermənistan isə heç kimə ölkəni regionda təhdid hesab etməyə əsas verməyən konstitusiyanın olmasında maraqlıdır".

OXŞAR XƏBƏRLƏR