İtalyan tenoru Alessandro Safina dekabr ayının 1-i Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək.
AZXEBER.COM xəbər verir ki, Qara Qarayev adına Azərbaycan kamera orkestrinin müşayiəti ilə baş tutacaq.
konsertdə məşhur tenor, ona şöhrət gətirən yeni kompozisiyalarını və məşhur
hitlərini ifa edəcək.
Tenorun böyük uğuru "Insieme a te" albomundan "Luna" sinqlı
olub. Mahnı 100 gün musiqi sıralamalarının zirvəsində qalıb.
Qeyd edək ki, Alessandro Safina bu günə qədər sevənlərinə Sarah Brightman, Elton John, Ueyn Mcgregor, Barbara Hendrix, Sumi Cho ilə unudulmaz duetlər təqdim edib.
Aysel