Ali Koç yenidən "Fənərbağça"nın prezidenti seçildi

İDMAN
21:11 09.06.2024
184

Türkiyənin "Fənərbağça" klubunda prezident seçkiləri keçirilib.

Ali Koç daha üç il İstanbul təmsilçisinin rəhbəri olacaq.

O, digər namizəd Aziz Yıldırımı qabaqlayıb.

Nəticələr rəsmən elan olunmazdan əvvəl iki namizəd kürsüyə qalxıb.

Seçkidə uduzan Yıldırım təşəkkür çıxışı edib. Koç və Yıldırım  bir-birini qucaqlayıblar.

Qeyd edək ki, Ali Koç 2018-ci ildən "Fənərbağça"nın prezidentidir.

OXŞAR XƏBƏRLƏR