Ali Koça hücum olundu, oyun dayandırıldı - VİDEO

İDMAN
00:40 18.08.2024
331
Türkiyə Super Liqasının ikinci həftəsində Gürsel Aksel Stadionunda keçirilən Göztepe - Fənərbaxça matçında gərginlik artıb.
 
AZXEBER.COM xəbər verir ki, "Fənərbaxça" azarkeşlərinin olduğu hissəyə gedərək dəstəyini göstərən "Fənərbaxça”nın prezidenti Ali Koça "Göztepe"li azarkeşlər tərəfindən  su şüşəsi atılıb.

 Su şüşəsi Koçun üzünə dəyib və bu anda kimliyi bilinməyən şəxs arxadan yaxınlaşaraq onu itələyib.
 
Zərbədən sonra yerə yıxılan Koça yardım göstərilməsi üçün oyun dayandırılıb.
 
Aysel

OXŞAR XƏBƏRLƏR