Ali Məhkəmədən müflis banklarla bağlı - Mühüm qərar

Ali Məhkəmədən müflis banklarla bağlı - Mühüm qərar
İQTİSADİYYAT
10:07 13.01.2026
624

Ali Məhkəmənin Kommersiya kollegiyası müflis elan olunmuş bankla bağlı ödəmə tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

AZXEBER.COM Ali Məhkəməyə istinadən xəbər verir ki, iş iddiaçı ASC-nin cavabdeh banka təqdim etdiyi ödəmə tapşırıqlarının icra edilməməsi ilə bağlıdır.

İddiaçı həmin vəsaitlərin tutulması tələbi ilə məhkəməyə müraciət edib və birinci instansiya məhkəməsi iddianı qiyabi qətnamə ilə təmin edib. Sonradan cavabdeh bankın müflis elan olunması əsas gətirilərək qiyabi qətnamə ləğv edilib və iş üzrə icraata xitam verilib. Birinci və apellyasiya instansiya məhkəmələri bu mövqeni onunla əsaslandırıb ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra banka qarşı bütün məhkəmə icraatları dayandırılır və bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülə bilər.

Lakin Ali Məhkəmə bu mövqe ilə razılaşmayıb. Məhkəmə kollegiyası bildirib ki, müflis banka qarşı irəli sürülən iddialar bankın bilavasitə bank fəaliyyəti ilə bağlı iddialar və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətlə bağlı iddialar olmaqla, iki qrupa bölünür Yalnız birinci qrupa aid olan, yəni kreditor tələbləri iflas proseduru çərçivəsində baxılmalı, ikinci qrupa aid olan mübahisələr isə ümumi iddia icraatı qaydasında məhkəmələr tərəfindən araşdırılmalıdır.

Ali Məhkəmə müəyyən edib ki, baxılan iş bankın kreditor tələbləri ilə bağlı deyil. Mübahisə iddiaçının öz hesablarında olan vəsaitlərin bank tərəfindən icra edilməmiş ödəmə tapşırıqları ilə əlaqədardır. Həmçinin bu ödəmə tapşırıqları verildiyi vaxt cavabdeh bank hələ müflis elan olunmayıb. Bu səbəbdən iddiaçının tələbləri "Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri ilə tənzimlənir.

Ali Məhkəmə vurğulayıb ki, bankın müflis elan olunması ilə bağlı məhdudiyyətlər bu cür münasibətlərə şamil edilmir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib, ASC-nin kassasiya şikayəti təmin olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
21:54 05.10.2026
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
21:51 05.10.2026
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
21:47 05.10.2026
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
21:41 05.10.2026
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
21:37 05.10.2026
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
21:24 05.10.2026
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
20:42 05.10.2026
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
20:40 05.10.2026
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir