ABŞ-da yenidən prezident olmaq üçün səbrsizliklə gözləyən Donald Trampa Ali Məhkəmədən bəd xəbər gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Trampın tələbini rədd edərək, vergi qeydlərini Konqresə göndərmək qərarına gəlib.
ABŞ-da Ali Məhkəmə sabiq prezident Donald Trampın tələbini rədd edib və vergi qeydlərinin Nümayəndələr Palatasının Maliyyə Qanunvericiliyi Komitəsinə təqdim edilməsini təsdiqləyib. Beləliklə, Tramp bu məsələ ilə bağlı 3 ildir mübarizə apardığı hüquqi mübarizəni uduzub.
Donald Tramp ABŞ-da 40 ildən sonra könüllü olaraq vergi sənədlərinə Konqres tərəfindən baxılmayan ilk prezident olub.
Tramp Demokrat Partiyasının nəzarətində olan Nümayəndələr Palatasının noyabrın 8-də keçiriləcək ara seçkilərə qədər apardığı araşdırmanın siyasi səbəblərdən açıldığını müdafiə edib.
Qeyd edək ki, keçmiş prezidentin də üzvü olduğu Respublika Partiyası aralıq seçkilərdə Nümayəndələr Palatasında çoxluğu qazanıb.
Mikayıl