Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran C.Bayramov bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.
Nazir əlavə edib ki, hazırlanmış təkliflər Milli Məclisə də təqdim olunacaq: "Re spublika fənn olimpiada qalibləri çox yüksək hazırlığa malikdirlər. H azırda dünya fənn olimpiada qalibləri müvafiq ixtisaslara müsabiqədən kənar qəbul oluna bilirlər. Ş agirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiada qaliblərinin isə qəbul olduqları fənn üzrə ali məktəblərə müsabiqədən kənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırladıq".
C.Bayramov bildirib ki, xüsusi istedadlı şagirdlər üçün liseylərin sayını artırılması planlaşdırılır.