Ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirildi

SOSİAL
14:44 31.05.2016
1901
Sessiyaya iyunun 1-dən start veriləcək.
Bu il Azərbaycanda keçiriləcək Formula-1” yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.
AZXEBER,COM xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib.
Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək.
Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR