Ali məktəblərə ilk qəbul imtahanlarının - Tarixləri

Ali məktəblərə ilk qəbul imtahanlarının - Tarixləri
SOSİAL
17:18 11.04.2017
3560

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyən oluub.

 

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

 

Bu imtahanlarda "Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından "Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.  Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar öz əksini tapacaq.

///lent.az
OXŞAR XƏBƏRLƏR