Ali məktəblərə nə qədər abituriyent qəbul oldu? - STATİSTİKA

Ali məktəblərə nə qədər abituriyent qəbul oldu? - STATİSTİKA
SOSİAL
14:29 14.08.2017
898
 
Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin avqustun 12-də elan etdiyi nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

DİM-dən AZXEBER.COM-a verilən məlumata görə, 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur (41.30%).

Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolmuşdur.

Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.

Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, dövlət və özəl ali təhsil müəssisələrinə qəbul göstəriciləri haqqında statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur:

Ali təhsil müəssisələrinə (dövlət və özəl) qəbul olan abituriyentlərin sayı haqqında məlumat (I mərhələdən sonra)

Dövlətali təhsil müəssisələrinəqəbul olan abituriyentlərin sayı haqqında məlumat (I mərhələdən sonra)

Özəl ali təhsil müəssisələrinəqəbul olan abituriyentlərin sayı haqqında məlumat (I mərhələdən sonra)

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ (DÖVLƏT VƏ ÖZƏL) QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)
 

İxtisas

qrupu

Qəbul

planı

Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)

Qəbulolma

faizi

Vakant
yerlərin
sayı (%)

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr
üzrə cəmi

I

13777

10239 (5012)

1138 (514)

11377 (5526)

82.57

2401 (17.43)

II

12860

9415 (1892)

1184 (171)

10599 (2063)

82.42

2261 (17.58)

III

9745

8205 (2125)

696 (107)

8901 (2232)

91.34

844 (8.66)

IV

3220

2615 (1229)

228 (67)

2843 (1296)

88.29

377 (11.71)

V

3067

2316 (568)

392 (90)

2708 (658)

88.29

359 (11.71)

CƏMİ

42669

32790 (10826)

3638 (949)

36428 (11775)

85.37

6242 (14.63)


DÖVLƏT ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)

İxtisas

qrupu

Qəbul

planı

Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)

Qəbulolma

faizi

Vakant
yerlərin
sayı (%)

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr
üzrə cəmi

I

12802

9834 (4939)

1106 (505)

10940 (5444)

85.45

1863 (14.55)

II

9695

7838 (1832)

1096 (168)

8934 (2000)

92.15

761 (7.85)

III

8015

6824 (2094)

669 (106)

7493 (2200)

93.49

522 (6.51)

IV

2950

2509 (1219)

226 (67)

2735 (1286)

92.71

215 (7.29)

V

2962

2279 (568)

381 (90)

2660 (658)

89.80

302 (10.20)

CƏMİ

36424

29284 (10652)

3478 (936)

32762 (11588)

89.94

3663 (10.06)


ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)

İxtisas

qrupu

Qəbul

planı

Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)

Qəbulolma

faizi

Vakant
yerlərin
sayı (%)

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr
üzrə cəmi

I

975

405 (73)

32 (9)

437 (82)

44.82

538 (55.18)

II

3165

1577 (60)

88 (3)

1665 (63)

52.61

1500 (47.39)

III

1730

1381 (31)

27 (1)

1408 (32)

81.39

322 (18.61)

IV

270

106 (10)

2 (0)

108 (10)

40.00

162 (60.00)

V

105

37 (0)

11 (0)

48 (0)

45.71

57 (54.29)

CƏMİ

6245

3506 (174)

160 (13)

3666 (187)

58.70

2579 (41.30)


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi