Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər
SOSİAL
12:57 13.02.2017
804
 
Gələcəkdə Azərbaycanda keçirilən qəbul imtahanlarının sayı artırıla bilər. Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən qəbul qaydaları eyni tədris ilində bir neçə qəbul imtahanının keçirilməsinə imkan verir. Bunun 2, 3 və daha çox ola biləcəyini deyən sektor müdiri qeyd edib ki, cari tədris ilində qəbul planına əsasən, imtahanların 2 dəfə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu il ilk dəfə olduğu üçün qəbul imtahanları 2 dəfə keçiriləcək.

 
X.Xanlarzadə əlavə edib ki, əgər abituriyent imtahanlardan birində müsabiqə şərtini ödəyərsə, nəticələrə əsasən müsabiqədə iştirak edə bilər: "Məsələn, abituriyent I müsahibədə iştirak edərək 200 bal toplayaraq müsabiqə şərtini ödəməyə bilər. Amma II imtahanda o, müəyyən bal toplayaraq müsabiqə şərtini ödəyibsə, I imtahandan kəsilməyinə baxmayaraq II imtahanın nəticəsi ilə müsabiqədə iştirak etmək hüququna malikdir. Bəzən elə fikirləşirlər ki, abituriyentin topladığı yüksək balı əsas götürüləcək. Amma bu belə deyil. Çünki müsabiqə şərtlərində müəyyən fənlər üzrə bal məhdudiyyəti də olur. Ola bilsin ki, abituriyent bir imtahanda 240, digərində isə 250 bal toplasın. Abituriyent 240 bal topladığı zaman fənlər üzrə nisbi bal məhdudiyyəti ödənilibsə, amma 250 bal topladığı zaman məhdudiyyət ödənilməyibsə, nəticədə 240 bal əsas götürüləcək. Və yaxud dövlət sifarişli ixtisaslarda 350 bal və hər bir fənn üzrə nisbi bal məhdudiyyəti ödənməlidir. Məsələn, abituriyent bir imtahandan 350 bal toplayır və bütün fənlərdən nisbi bal məhdudiyyətini ödəyir. Amma 370 bal topladığı halda bir fəndən nisbi bal məhdudiyyətini ödəmir. Əgər o, dövlət sifarişi əsasında təhsil almaq istəyirsə 350 balı seçəcək”.

 
DİM rəsmisi qeyd edib ki, qəbul imtahanları arasında müəyyən vaxt olacaq. Onun sözlərinə görə, qəbul imtahanlarının eyni ayda keçirilməsi mümkün deyil: "Dərslər bitmədən abituriyentin qəbul imtahanında iştirak edərək müəyyən bal toplaması onun tədrisinə heç bir təsir edə bilməz. Şagird imtahanda hansı nəticə göstərməsindən asılı olmayaraq dərslərdə iştirak etməlidir. O, dərsə getməməsini imtahan verərək müəyyən bal toplamaqla əsaslandıra bilməz. Azərbaycanda tədrisin təşkilinin öz qaydaları var, ölkədə dərslər iyunun 14-də bitir və şagird imtahanda göstərdiyi nəticədən asılı olmayaraq dərslərdə iştirak etməlidir. Qəbul imtahanlarında iştirak edərək istədikləri balı toplamaq abituriyentlərin dərsə getməməsi üçün hansısa üstünlük vermir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb