Ali məktəblərin boş qalan yerlərinə bu gündən ixtisas seçimi başlayır

Ali məktəblərin boş qalan yerlərinə bu gündən ixtisas seçimi başlayır
SOSİAL
00:31 28.08.2025
205
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi bu gündən etibarən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Bu barədə AZXEBER.COM-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
OXŞAR XƏBƏRLƏR