Avropa İttifaqı (Aİ) Gürcüstanın uzaqlaşmasından getdikcə daha çox narahat olur.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrell deyib.
"Avropa İttifaqından uzaqlaşan bu ölkənin trayektoriyası bizi getdikcə daha çox narahat edir", - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Aİ Gürcüstan hakimiyyətinin parlament seçkilərində qələbə qazanacağı təqdirdə müxalifət partiyalarının fəaliyyətini qadağan etmək planlarının cavabsız qalmayacağını bəyan etmişdi və Gürcüstan hakimiyyəti buna dərhal cavab vermişdi.
Bizim Telegram kanalımıza abunə olu