Hazırda Azərbaycanda ali təhsil müəssisələrində təhsil alan hər iki tələbədən biri qadındır.
AZXEBER.COM açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2000-2001-ci tədris ilində ölkənin ali təhsil müəssisələrində ümumilikdə 119 min 683 tələbə təhsil alıb. Onların 49 min 858 nəfəri qadın olub.
2024-2025-ci tədris ilində isə ali təhsil müəssisələrində təhsil alan tələbələrin ümumi sayı 246 min 529 nəfərə çatıb. Onlardan 126 min 92 nəfəri qadındır.
Statistika göstərir ki, 2000-2001-ci tədris ili ilə müqayisədə 2024-2025-ci ildə ali təhsil alan qadınların sayı 76 min 234 nəfər və ya təxminən 2,5 dəfə artıb.
Eyni zamanda, ümumi tələbə sayı da 119 min 683 nəfərdən 246 min 529 nəfərə yüksəlib. Bu, 24 il ərzində ali təhsil alan tələbələrin sayının iki dəfədən çox artdığını göstərir.
Fəridə Əsədzadə












































