Ali Yerlikaya açıqladı: Keçirilən əməliyyatlar nəticəsində 227 nəfər saxlanılıb

Ali Yerlikaya açıqladı: Keçirilən əməliyyatlar nəticəsində 227 nəfər saxlanılıb
DÜNYA
11:25 23.02.2024
137
Türkiyədə polis narkotik istehsalçıları və alverçilərinə qarşı keçirilən "Narkoçelik-2” əməliyyatlarında 227 şübhəlini saxlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə də narkomaniyaya qarşı mübarizə qətiyyətlə davam edir.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yeni əməliyyatla bağlı sosial media hesabında məlumat verib:

"Biz hər an onların axtarışındayıq, onlar bizdən qaça bilməyəcəklər. 46 bölgədə narkotik istehsalçıları, satıcılarına qarşı təşkil edilən "Narkoçelik-2” əməliyyatında 983 kq narkotik, 92 min narkotik həb aşkarlanıb və 227 zəhər satıcı və narkotik istifadəçisi saxlanılıb”.

Ayşən
OXŞAR XƏBƏRLƏR