Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Balıkesirdə baş verən zəlzələ ilə bağlı açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, nazir bu barədə "X" hesabında yazıb.
"AFAD və digər aidiyyəti qurumlarımızın bütün komandaları dərhal əraziyə göndərilib və sahədə araşdırmalara başlayıblar. Hazırda hər hansı mənfi vəziyyət qeydə alınmayıb. Prosesi anbaan izləyirik”, - nazir qeyd edib.