Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda fabrik açıb. AZXEBER.COM Demokrat.az-a istinadən xəbər verir ki, sözügedən müəssisə Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərir. Alim Qasımova məxsus olan fabrik karton-kağız istehsalı və emalı üzrə ixtisaslaşıb. Hazırda həmin fabrik Alim Qasımovun ailə üzvləri tərəfindən idarə olunur.