Alim Qasımov səsinin batdığını etiraf etdi

MAQAZİN
16:51 18.08.2013
1971

"Fərqanə olmasaydı sənətə qayıtmayacaqdım"

Xalq artisti Alim Qasımov səsinin batmasını etiraf etib. ANS PRESS-in məlumatına görə, görkəmli xanəndə Lider TV-nin “Rəngarəng” verilişinə müsahibəsində, səsinin batması ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib: “Bir il bundan əvvəl səsimdə əməlli - başlı problem yarandı, oxuya bilmirdim... Hətta sənətdən uzaqlaşmışdım, müalicə alırdım. " Səsi dünyanın hər ölkəsindən gələn sənətkar bu gün sənətdə qalmasında qızı Fərqanəyə borclu olduğunu bildirib: "Etiraf edim ki, qızımın sayəsində sənətə qayıtdım. Fərqanə olmasaydı sənətə qayıtmayacaqdım. Həmişə özümü qızıma borclu bilirəm. Allah şahiddir ki, bu sözlərimin hamısı həqiqətdir”.

OXŞAR XƏBƏRLƏR