Xalq artisti Alim Qasımova ağır itki üz verib.
AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, xanəndənin atası Həmzə Qasımov dünyasını dəyişib. Bu haqda muğam ifaçısı özü məlumat yayıb.
"Atam Həmzə haqqın dərgahına qovuşdu. Allah cəmi ölənlərə rəhmət eləsin! Amin" deyə, A.Qasımov bildirib.
Xanəndənin köməkçisi Axşam.az-a açıqlamasında bildirib ki, mərhum son günlər ürəyindən əziyyət çəkirmiş.
Allah rəhmət eləsin!