Alim Qasımovun qızına qadağa qoyulub?

MAQAZİN
15:55 16.01.2015
2137

"Yayılan xəbərlər şayiədən başqa bir şey deyil"

"Fərqanə Qasımovaya oxuma qadağası ilə bağlı xəbərlər həqiqətə uyğun deyil". Bunu ANS PRESS-ə açıqlamasında Alim Qasımovun mətbuat katibi Səadət Möhübova bildirib. Onun sözlərinə görə, bu barədə şayiələr İran konsertindən sonra yayılıb. İddialara görə, konsert 3 günlük olub. İki gün Alim Qasımovla Fərqanə Qasımova birlikdə səhnəyə çıxsalar da, 3-cü gün xanəndə səhnəyə tək çıxmalı olub.  S.Möhübovanın sözlərinə görə, deyiləlrlə həqiqətə uyğun deyil. Belə ki, konsert proqramı əvəllcədən iki günlük planlaşdırılıb. "Konsert yanvarın 11 və 12-si üçün nəzərdə tutulmuşdu. Bu iki gün ərzində də Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə konsert veriblər. Sadəcə olaraq, konsertlər başa çatandan sonra dinləyicilərin xahişi ilə A.Qasımov bir gün artıq səhnəyə çıxıb. Bu proqramı da Fərqanə xanım əvvəlcədən planlaşdırmamışdı. Buna görə də Alim Qasımov əlavə edilən gündə tək oxuyub".  Səadət Möhübova Fərqanə Qasımovaya oxumağın qadağan edilməsi, onun səhhəti ilə əlaqədar çıxış edə bilməməsi haqqında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib.  "Fərqanə xanımın hətta səhnədən uzaqlaşdırılması haqqında söz-söhbətlər də yayılmışdı. Bunlar şayiədən başqa bir şey deyil". Onlar Azərbaycan gəncinə, Azərbaycan xalqına bu faciə ilə bərabər 30 İyun - sevgililər günü bəxş ediblər".  Onun sözlərinə görə, faciənin ildönümü ərəfəsində real hadisələr əsasənda lentə alınan "Qanlı yanvar" filmi əslində çoxdan çəkilməli idi. Vahid Mustafayev istər Qarabağ, istərsə 20 Yanvar hadisələrinin yaxından şahidi olub. Onun müasir tariximizin işıqlandırılmasında böyük əməyi var. Mən bütün ailəmiz adından belə bir filmi ərsəyə gətirdiyi üçün ona təşəkkür edirəm". Xatırladaq ki, rejissor və ssenarist Vahid Mustafa Yevin "Qanlı Yanvar" filmi yanvar ayının 19-da təqdim ediləcək. 20 yanvar günü isə Bakı, Naxçıvan, Şəki, Gəncə kimi şəhərlərdə nümayiş etdiriləcək. 

OXŞAR XƏBƏRLƏR