Alimlər dərc etdikləri birgə məqalədə dünya liderlərinə nüvə silahı ilə bağlı müraciət ediblər.
AZXEBER.COM xarici mətbuata istinadala xəbər verir ki, dünya liderlərinə ünvanlanan müraciət 100-dən çox tibb jurnalı, o cümlədən "National Medical Journal” , "Lancet”, "JAMA” və "New England Journal of Medicine” jurnallarında yayımlanıb.
Alimlər nüvə silahını böyük təhlükə olaraq xarakterizə ediblər. Dünya liderlərinə nüvə silahlarının dərhal aradan qaldırılmasını tələb edən birgə müraciət ünvanlanıb. Jurnallarda nüvə silahı bizi məhv etməzdən əvvəl, biz onu məhv etməliyik çağırışı edilib.
Xəbərdarlıq edilb ki, 13.000 nüvə silahından yalnız 250-nin istifadə edilməsi 120 milyon insanın ölümünə səbəb ola bilər.
Şəbnəm