Astronomlar Yerdən 3,8 milyard işıq ili uzaqlıqda yerləşən SDSS J1531 kimi tanınan qalaktika klasterində indiyədək qeydə alınmış ən güclü qara dəlik partlayışlarından birini aşkar ediblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmos Agentliyindən (NASA) verilən yazılı açıqlamaya görə, astronomlar müşahidələrində Chandra X-ray Rəsədxanası LOFAR daxil olmaqla müxtəlif teleskoplardan istifadə ediblər.
Astronomlar milyardlarla il əvvəl qeydə alınmış ən böyük qara dəlik partlayışlarından birini Yerdən 3,8 milyard işıq ili uzaqlıqda yüzlərlə qalaktikadan ibarət nəhəng qalaktika klasteri olan SDSS J1531-də müşahidə ediblər.
Astronomlar partlayışın qalaktika klasterindəki qalaktikalardan birinin mərkəzindəki superkütləli qara dəliyin səbəb olduğunu qiymətləndirərək, partlayış nəticəsində nəhəng bir boşluğun əmələ gəldiyini müəyyən ediblər.
Ayşən