Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?
DÜNYA
14:03 29.08.2026
147
Astronomlar Yerdən 333 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Milli Astrofizika İnstitutunun rəhbərliyi ilə beynəlxalq komandanın apardığı tədqiqata istinadən məlumat yayıb.

Planet "Qu quşu" bürcündə yerləşən "KIC 9139163" ulduzunun ətrafında fırlanır və öz orbitini cəmi 14 saata tamamlayır. Onun kütləsi Yerinkindən 7.3 dəfə, radiusu isə 2.4 dəfə böyükdür. Planet "Neptun səhrası" adlanan bölgədə yerləşir. Bu ərazidə belə planetlərin mövcudluğu son dərəcə nadir hesab olunur.

 

Planetin orbiti əyilmiş vəziyyətdə olduğundan o, Yerlə öz ulduzu arasından keçmir. Alimlər faza əyrilərini - planetin hərəkəti nəticəsində ulduz sisteminin parlaqlığında yaranan cüzi dəyişiklikləri təhlil ediblər. Bu üsul vasitəsilə onlar planetin əvvəlcə gündüz, daha sonra isə gecə tərəfini müşahidə edə biliblər.


Tədqiqatçı Silven N.Breton bildirib ki, kainatdakı planetlərin əksəriyyəti Yerdən görünmür, çünki onlar öz ulduzlarının qarşısından keçərək tranzit yaratmırlar. Alimlər əks olunan işığı yüksək dəqiqliklə ölçmək üçün "Qalileo" teleskopunda quraşdırılmış "HARPS-N" cihazından əldə edilən məlumatlardan istifadə ediblər.

Bu üsul tədqiqatçılara təkcə planeti aşkar etməyə deyil, həm də onun atmosferi və quruluşu haqqında ilkin məlumatlar əldə etməyə imkan verib.

Məlum olub ki, planetin sıxlığı əsasən isti sudan ibarət olan bir səma cisminə uyğun gəlir. Ulduzuna son dərəcə yaxın yerləşdiyindən planet güclü qabarma-çəkilmə qüvvələrinin təsirinə məruz qalır. Bu amil onun orbitinin sürətlə dəyişməsinə səbəb olur.

OXŞAR XƏBƏRLƏR