Alimlər koronavirusa qarşı təsirli bitkinin olduğunu açıqladılar

Alimlər koronavirusa qarşı təsirli bitkinin olduğunu açıqladılar
SOSİAL
13:10 21.07.2021
2395
Kopenhagen Universitetindən və Almaniyadakı Maks Plank Kolloidlər və İnterfeys İnstitutunun alimləri yovşanın tərkibindəki artemisinin istifadəsinin koronavirus infeksiyasının müalicəsində effektiv olduğunu sübut ediblər.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Science” elmi jurnalında dərc olunmuş məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, alimlər araşdırmaları nəticəsində hazırda qlobal miqyasda dolaşan SARS-CoV-2 ştamlarının çoxu ilə oxşar olan, başqa sözlə, ilkin Uhan ştammından fərqlənən COVID-in Almaniya və Danimarka variantlarının müalicəsində artemisinindən istifadənin effektivliyini təsdiq ediblər.

Məqalə müəllifləri həmçinin qeyd ediblər ki, artemisinin əsaslı dərmanlar yalnız təhlükəsiz deyillər, həm də nisbətən aşağı xərclərlə dünya səviyyəsində yayılma perspektivinə malikdirlər.

Bundan əlavə, alimlər artemisinindən alınan artesunat və artemeter maddələrinin də koronavirusu məhv etməyə qadir olduğunu aşkar ediblər. Hazırda artemisinin və ondan alınan maddələr Afrikada ən çox yayılmış xəstəliklərdən biri olan tropik malyariyaya qarşı dərmanın komponentləri kimi istifadə olunur.

Alimlər yaxın zamanlarda artemisinindən hazırlanan potensial preparatların COVID-19 ilə mübarizədə effektivliyini təyin etmək üçün klinik sınaqlara başlamağı planlaşdırırlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim