Alimlər sevginin necə hiss olunduğunu kəşf etdilər

MARAQLI
12:57 21.09.2023
270
Finlandiyanın Aalto Universitetinin mütəxəssisləri 27 fərqli duyğu növü aşkarlayıb və bu hisslərin bədənə necə təsir etdiyini xəritələşdiriblər.

AZXEBER.COM xəbər verir ki, tədqiqat üçün komanda yüzlərlə iştirakçıdan sevginin hissini və bunun onlar üçün nə demək olduğunu təsvir etməyi xahiş edib.

Nəticələr göstərib ki, sevginin əksər növləri zehnində güclü şəkildə hiss olunur, lakin onların təsiri bədəndə nəzərəçarpacaq dərəcədə dəyişir. Ehtiraslı məhəbbət bütün yuxarı bədənə, beyinə və qasıq nahiyəsinə təsir edən ən güclü sevgi kimi qəbul edilir. 

Ananın övladına olan sevgisi sinədə güclü təsir yaratsa da, cütlüklər arasında isə bu hiss bütünlüklə zehində hiss olunub.

Tədqiqatı koordinasiya edən filosof Parttyli Rinne deyib: "Daha güclü təcrübəyə malik sevgi növlərindən daha az təcrübəli sevgi növlərinə keçdikcə sinə nahiyəsində hisslər zəifləyir”.

Gülay

OXŞAR XƏBƏRLƏR