Alimlər xəbərdarlıq etdi: Qərbi Antarktida buz təbəqəsi çökür

Alimlər xəbərdarlıq etdi: Qərbi Antarktida buz təbəqəsi çökür
DÜNYA
13:07 25.10.2023
152
Alimlər xəbərdarlıq ediblər ki, Qərbi Antarktida buz örtüyünün çökməsi qaçılmazdır.

AZXEBER.COM xəbər verir ki, Qərbi Antarktidada buz rəflərinin əriməsi gələcək onilliklərdə əhəmiyyətli dərəcədə sürətlənəcək.

Tədqiqatçılar buzlaqların okeana axmasının qarşısını alaraq stabilləşdirici rol oynayan buz rəflərinin artıq dayana bilməyəcəyini və çökəcəyini bildiriblər.

Bu bölgədə son illərdə sürətlə artan buz itkisi müşahidə olunur. 

Alimlər bildirirlər ki, Qərbi Antarktidanın okean səviyyəsini bir neçə metr yüksəltmək üçün kifayət qədər su saxlayan nəhəng buz təbəqəsi iqlimin "dönmə nöqtəsinə" yaxınlaşa bilər.

Gülay
OXŞAR XƏBƏRLƏR