2019-cu ildə Çinin Wuhan şəhərində ortaya çıxdıqdan sonra qısa müddət ərzində qlobal epidemiyaya çevrilən və bütün dünyanı dəyişdirən, sosial məsafə kimi anlayışları əlavə edən koronavirus epidemiyası ilə bağlı yeni bir narahatlıq ortaya çıxıb.
AZXEBER.COM xəbər verir ki, alimlər və rəsmi qurumlar bu yaxınlarda "Omicron” variantının alt növü olan "Eris” variantının getdikcə yayıldığını açıqlayıblar.
Ümumdünya Səhiyyə Təşkilatı "Eris” variantının narahatlıq doğurduğunu desə də, bu virusun indiyədək 51 fərqli ölkədə görüldüyü bildirilib. Səlahiyyətlilər hələlik bu xəstəlikdən bir şey söyləməyin düzgün olmadığını bildiriblər.
Yunanıstanda Afina-Pire xəstəxansının həkimləri assosiasiyasının prezidenti Matina Pagonis bildirib ki, "Eris” ştammı, COVID-19-un hələ bitmədiyini və mutasiyaların davam etdiyini göstərir.
Ancaq buna baxmayaraq, xroniki xəstəlikləri olan insanlara və yaşlı insanlara xüsusi qayğı göstərməlidirlər. Sosial məsafə kimi tədbirlər həyata keçirilməlidir. Alimlər bu virusun sentyabrda sürətlə yayılmasından narahatdırlar:
"Hazırda "Eris”in yavaş-yavaş yayıldığı görünə bilər. Bu, yay tətili və məktəblərin bağlanması ilə əlaqədardır. Ancaq sentyabrda ninsanlar ofislərə qayıtmağa başlayacaq, məktəblər açılacaq və hava şəraiti səbəbindən daha çox insan qapalı yerlərdə daha çox vaxt keçirəcək. Bu da öz növbəsində xəstəliyin artmasına səbəb ola bilər".
"Eris”in simptomları bunlardır:
- Baş ağrısı
- Halsızlıq
- Boğazda bəlğəm yığılması
- Burun axıntısı
- Boğaz ağrısı
- Bir-iki gün davam edən yüksək temperatur.
Ayşən