Alimlər xərçəng riskini artıran xəstəliyin adını açıqladılar

Alimlər xərçəng riskini artıran xəstəliyin adını açıqladılar
SAĞLAMLIQ
21:47 02.07.2019
11911
Norveç alimləri 65 il ərzində aparılan genişmiqyaslı təcrübənin nəticəsini açıqlayıblar.

AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, alimlər  bildiriblər ki, sklerozdan əziyyət çəkən insanlarda onkoloji xəstəliklərin riski 14 faiz artır. Alimlər 65 il ərzində sklerozdan əziyyət çəkən xəstələri müşahidə ediblər. Məlum olub ki, bu xəstəlik onkoloji xəstəliklərin inkişafına təkan verir. Bu barədə Osloda keçirilən Avropa Nevroloqlar Akademiyasının 5-ci konqresində məlumat verilib.

Mütəxəssislər bildirirlər ki, bu xəstəlikdən əziyyət çəkən insanlarda tənəffüs orqanları xərçəngi 66%, mərkəzi sinir sistemi xərçəngi 52%, döş süd vəzi xərçəngi 51% artır. Ümumi olaraq isə onkoloji xəstəlik riski 14 faiz artır. Nəticələr 1930-1979-cu illər arasında doğulmuş 6883 pasient üzərində aparılan təcrübələr əsasında hazırlanıb.
OXŞAR XƏBƏRLƏR